Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2019-cu ilin aprel ayında valyuta hərraclarında $423,7 mln. məbləğində xarici valyuta satıb. Bu barədə fondun məlumatında deyilir.
Xəbər verildiyi kimi, ARDNF cari ilin mart ayında valyuta hərraclarında $600,5 mln. məbləğində xarici valyuta satıb. Beləliklə, aprel ayında fond tərəfindən xarici valyutanın satış həcmi mart ayı ilə müqayisədə 29,4% azalıb.
Bütövlükdə, yanvar-aprel aylarında valyuta hərraclarında $1 mlrd. 975,3 mln. məbləğində xarici valyuta satılıb (ötən ilin yanvar-aprel ayları ilə müqayisədə azalma 6,5% - İF).
Fond 2018-ci ildə valyuta hərraclarında $6 mlrd. 455,2 mln. məbləğində xarici valyuta satıb ki, bu da 2017-ci ilin göstəricisi ilə müqayisədə 79,4% çoxdur.*
A.Əzizov