Cari ilin sentyabr ayında Qazaxıstanın paytaxtı Nur-Sultanda Azərbaycan Ticarət Evi açılacaq. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev məlumat verib.
“Cari ilin sentyabrında biz Nur-Sultanda Azərbaycan Ticarət Evini açmağı planlaşdırırıq. Azərbaycanın bir sıra xarici ölkələrdə ticarət evləri açılıb və uğurla fəaliyyət göstərir”, – deyə nazir bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreev ilə görüşdə bildirib.
2017-ci ildə İqtisadiyyat Nazirliyi «Made in Azerbaijan» brendi altında qeyri-neft məhsullarının ixracının artırılması məqsədilə Ticarət evlərinin yaradılması ideyasının təşviqinə başlayıb. Azərbaycanın ilk Ticarət Evi 2017-ci ildə Minsk şəhərində açılıb. 2018-ci ildə isə Kiyev, Riqa və Varşavada Ticarət evləri fəaliyyətə başlayıb.
2019-cu ildə Qazaxıstan, Çin və Rusiyada Ticarət evlərinin açılması planlaşdırılır. Bütövlükdə, bu il xaricdə 10-dək Ticarət evinin açılması nəzərdə tutulur.*
B.Rüstəmbəyov