2019-cu ilin oktyabr ayında Azərbaycanda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Toplantısı keçiriləcək.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayevin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreev ilə görüşü zamanı bəyan olunub.
“Görüşdə Ş.Mustafayev və B.Amreev təşkilatın 2019-cu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək VII Zirvə Toplantısının çərçivəsində biznes-forumun təşkili məsələlərini müzakirə ediblər”, - məlumatda deyilir.
Bundan başqa, sammitdə Türkdilli Dövlətlərin Sənaye-Ticarət Palatası və Birgə İnvestisiya Fondunun yaradılması məsələlərinin müzakirəsi planlaşdırılır. **
F.İsazadə