Bakının yeni Baş Planının hazırlanmasının ikinci mərhələsi ilə məşğul olan Almaniyanın “AS+P” şirkətinin icraçı direktoru Yoaxim Şares dövlət strukturlarının şəhərin mərkəzindən köçürülməsinin vacibliyini qeyd edir.
“Bakının Baş Planının yenilənməsi üzərində işə həmçinin müxtəlif dövlət strukturlarının şəhərin mərkəzindən digər rayonlara, kənara köçürürlməsi ideyaları daxildir”, - Y.Şares bu gün Azərbaycan Memarlar İttifaqının plenumunda bildirib.
Onun sözlərinə görə, Baş Planın hazırlanması əsas fəaliyyət istiqamətləri nəzərə alınmalıdır. "Birinci, regional səviyyəli məsələlərdir. Ağıllı, balanslaşdırılmış yanaşma şəhərin mərkəzinə təzyiqi azaltmaq və rayon submərkəzlərin inkişafına müsbət təsir göstərmək iqtidarındadır”, - Y.Şares qeyd edib.
Onun sözlərinə görə, bu məsələlərin həlli zamanı “AS+P” Bakı Dövlət Layihə İnstitutu və müxtəlif beynəlxalq şirkətlərlə əməkdaşlıq etməyi planlaşdırır.
“İkinci vacib məsələ - şəhərin ümumi inkişfaına imkan yaradan düzgün planlaşdırılmadır. Kütləvi mədəni və idman tədbirlərinin keçirilməsi şəhəri daha da cəlbedici edir”, - şirkətin icraçı direktoru vurğulayıb.
Üçüncü istiqamət olaraq Y.Şares paytaxt qarşısında duran problemlərin müzakirəsinə bütün maraqlı tərəflərin cəlb edilməsini adlandırıb.
Baş Planın hazırlayanların qarşısında duran konseptual vəzifələr qismində o həmçinin şəhərin ərazisinin düzgün istifadə, tarixi və memarlıq irsinin qorunması, son illər Bakıda müşahidə olunan şəhər iqtisadiyyatının şaxələnməsi və yeni sənaye obyektləri nəzərə alınmaqla yeni iqtisadi inkişafın təminat olunmasını qeyd edib. “Azərbaycan paytaxtı müxtəlif problemlərlə üzləşir. Son 20 il ərzində Bakının əhalisi 26% artıb, bu da yeni çətinliklərə səbəb olub. Bu dövr ərzində Bakı və ətraf qəsəbələrin inkişafı kommunal və nəqliyyat infrastrukturun təkmilləşdirilməsini tələb edir”, - Y.Şares bildirib.
Onun sözlərinə görə, çoxmərtəbəli binaların tikintisi və ərazilərin qeyri-səmərəli istifadəsi nəticəsində şəhərin mərkəzi hissəsinin həddən artıq yüklənməsi bu məsələlər. Keyfiyyətcə yeni yanaşma tələb edir. “Bu proseslər sosial və tarixi memarlığa mənfi təsir göstərib. Eyni zamanda Bakı on illiklər boyunca sənaye şəhəridir, bu da atmosferə mənfi təsirini göstərib. Bu səbəbdən biz ətraf mühitin yaxşılaşdırılması barədə də düşünməliyik”, - Y.Şares vurğulayıb. **
R.Babayev