Avropa Şurası (AŞ) və Avropa İttifaqının (Aİ) birgə reallaşdırdığı "Effektiv idarəçilik üçün tərəfdaşlıq" proqramının ikinci mərhələsi çərçivəsində Azərbaycanda çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsinə və məhkəmə sisteminin keyfiyyətinin yaxşılaşdırılmasına diqqət yetiriləcək. Bu barədə Aİ-nin mətbuat xidmətinin məlumatında deyilir.
"Effektiv idarəçilik üçün tərəfdaşlıq" proqramının ikinci mərhələsində əsas diqqət iki mövzuya - çirkli pulların yuyulması və aktivlərin Azərbaycana qaytarılmasına qarşı mübarizənin gücləndirilməsinə, respublikanın məhkəmə sisteminin effektivliyi və keyfiyyətinin artırılmasına ayrılacaq”, - deyə məlumatda bildirilir.
AŞ və Aİ-nin "Effektiv idarəçilik üçün tərəfdaşlıq" proqramı Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri: Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukrayna üçün nəzərdə tutulub.
Proqramın ikinci mərhələsinin icrası 2019-2021-ci illəri əhatə edəcək, bu mərhələnin ümumi büdcəsi 17,5 mln. avrodur, bu məbləğin 80% -i Aİ, 20% -i Avropa Şurası tərəfindən ayrılıb.
2015-2018-ci illərdə “Yaxşı idarəçilik naminə tərəfdaşlıq” çərçivəsində Azərbaycanda mətbuat azadlığının təmin edilməsi, məhkəmə sisteminin fəaliyyətinin effektivliyinin artırılması, Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququ və Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi və çirkli pulların yuyulmasına qarşı mübarizənin gücləndirilməsi sahəsində 4 layihə həyata keçirilib.*
R.Babayev