Ermənistan-Azərbaycan sərhədində sabitlik qorunur. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü deyib.
“Ön xəttdə gərginlik var, lakin sabitlik qorunur. Azərbaycan prezidenti ilə aramızda əlaqə kanalı təşkil olunub. Bu dövrdə biz məlumat mübadiləsi həyata keçiririk, narahatlığımızı bölüşürük. Əlbəttə, qarşılıqlı ittihamlar da səslənir. Ümid edirəm ki, bunun hansı səbəbdən baş verdiyini anlaya biləcəyik”, - N.Paşinyan vurğulayıb. **