Ermənistanın baş naziri Nikol Paşinyan gələn həftə Brüsseldə Azərbaycan prezidenti İlham Əliyevlə kiçik görüş imkanı barədə bəyan edib.
“İ.Əliyev ilə rəsmi görüş təyin olunmayıb, lakin görüşərsək, bir neçə kəlmə kəsəcəyimizi istisna etmirəm”, - N.Paşinyan bu gün İrəvanda bildirib.
Gözləndiyi kimi, 13-14 may tarixlərində Brüsseldə Aİ “Şərq Tərəfdaşlığı” proqramının üzv ölkələrinin sammiti keçiriləcək. Proqrama Ermənistan, Azərbaycan Belarus, Gürcüstan və Moldova daxildir. **