“Saipem Asia Sdn.Bhd” şirkəti (İtaliyanın “Saipem” şirkətinin Malayziyadakı bölməsi – İF) Azərbaycandakı filialını bağlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Vergilər Nazirliyindən məlumat verilib.
Filialın bağlanması ilə əlaqədar “Saipem Asia Sdn.Bhd” şirkəti kreditorların tələblərini 2 ay ərzində qəbul edəcək.
“Saipem” şirkəti dünyanın 60 ölkəsində fəaliyyət göstərir və 43 minə yaxın əməkdaşı var.
"Saipem" şirkəti neft-qaz sahəsində obyektlərin “açar təhvili” əsasında inşası üzrə iri beynəlxalq podratçıdır.*
N.Abbasova