Orxan Məmmədov “AtaSığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Bu qərar şirkətin səhmdarının növbədənkənar ümumi yığıncağında qəbul olunub. O.Məmmədov şirkətin İdarə Heyətinin sədrivəzifəsində Müseyib Əliyevi əvəz edib. M.Əliyev öz xahişi ilə tutduğu vəzifədən azad edilib”, - deyə məlumatda bildirilir.
O.Məmmədov daha əvvəl "AtaSığorta" ASC-də İdarə Heyəti sədrinin birinci müavini vəzifəsində çalışıb. Bu vəzifəyə isəQoşqar Həsənov təyin olunub. Q.Həsənov bu vaxta qədər şirkətdə İdarə Heyəti sədrinin müavini vəzifəsini tutub.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb. “AtaHoldinq” şirkətin yeganə səhmdarıdır. Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biri olan “AtaSığorta”nın nizamnamə kapitalı 14,6 mln. manatdır.
“AtaSığorta” şirkəti 2018-ci ildə 22,4 mln. manat məbləğində sığorta haqqı toplayıb, ödənişləri isə 10,6 mln. manata bərabər olub.*
Ə.Məmmədov