Vergilər Nazirliyi 2019-cu ilin yanvar-aprel aylarında 36,558 min vergi ödəyicisini qeydiyyata alıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
“Yanvar-aprel aylarında nazirlik tərəfindən 36,558 min vergi ödəyicisi qeydiyyata alınıb ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 32,4% çoxdur. Bütövlükdə, 1 may 2019-cu il tarixinə ölkədə 1 mln. 2,865 min vergi ödəyicisi qeydiyyata alınıb”, - deyə məlumatda bildirilir.
Cari ilin 4 ayı ərzində uçota alınan vergi ödəyicilərinin yarısından çoxu (54,8%) regionlarda qeydiyyatdan keçib. Qeydiyyata alınan vergi ödəyicilərinin 45,2%-i Bakının payına düşüb.
“Hesabat dövründə 4,427 min kommersiya hüquqi şəxsi qeydiyyata alınıb. Onların 70,6%-i elektron qeydiyyatdan keçib”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan 2008-ci il yanvarın 1-dən sahibkarların “bir pəncərə” prinsipi üzrə qeydiyyatı sisteminə keçib.*
Ə.Məmmədov