Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
“Sumqayıt şəhəri ərazisində avtomobildən 6170 manat və 5000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş M.Ağayev saxlanılıb”, - deyə məlumatda bildirilir.
Bundan başqa, paytaxtın Nəsimi rayonu ərazisindəki evlərin birindən 3200 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Şəmkir rayon sakini N.İsmayılov da saxlanılıb.*
R.Babayev