6-7 may tarixlərində Daşkənddə ikitərəfli münasibətlərin müqavilə-hüquq bazasının inventaririzasiya və təkmilləşdirilməsi üzrə Azərbaycan-Özbəkistan XİN-lərarası məsləhətləşmələr keçirilib. Bu barədə Özbəkistan XİN-dən məlumat verilir.
“Azərbaycan və Özbəkistanın Xarici İşlər nazirliklərinin nümayəndələri qüvvədə olan müqavilə-hüquq bazasının cari vəiyyəti və müxtəlif sahələrdə ikitərəfli sənədlərin layihələrini müzakirə ediblər”, - məlumatda deyilir.
Görüşdə proqressiv inkişaf və beynəlxalq hüquq normalarının kodifikasiyası məsələlərinə dair fikir və təcrübə mübadiəsi keçirilib.
Danışıqlarda Azərbaycanın nümayəndə heyətinə XİN-in Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəis müavini Rizvan Nəbiyev rəhbərlik edib. **
R.Babayev