1 may 2019-cu il tarixinə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) “Azəriqaz” İstehsalat Birliyinin (İB) abonentlərinin sayı 2 mln. 222,316 min təşkil edir. Bu barədə İB-nin saytında məlumat verilir.
“Cari ilin yanvar-aprel aylarında İB-də əhali sektoru üzrə 38,062 min yeni abonent qeydiyyata alınıb ki, bunun da 18,262 mini Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 19,8 mini isə regionların payına düşüb”, - İB-dən vurğulanır. **
N.Abbasova