2017-ci ildə fəaliyyətinin yekunlarına görə Maliyyə Bazarlarına Nəzarət Palatasının əsas əməliyyat gəlirləri 15 mln. manat təşkil edib, bu da 2016-cı ilin göstəricisindən 7,1 dəfə çoxdur.
Bu barədə Palatanın 2017-ci ildə fəaliyyətinin yekunlarına dair maliyyə hesabatında deyilir.
Hesabata əsasən, 2017-ci ildə sığorta və təkrarsığorta şirkətləri tərəfindən ödənişlər 2016-cı illə müqayisədə 2,2 dəfə - 3,001 mln. manatadək, Mərkəzləşdirilmiş Kredit Reyestri tərəfindən 65,6% - 1,25 mln. manatadək artıb.
Bundan başqa, hesabat dövründə Palata həmçinin kredit təşkilatlarından 10,609 mln. manat, digər daaxilolmalardan 140 min manat gəlir əldə edib. **
Ə.Məmmədov