Bu gün Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində çoxsaylı insan tələfatı ilə nəticələnmiş ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
““Mercedes” markalı minik avtomobili ilə “Shacman” markalı yük avtomobilinin toqquşması nəticəsində 5 nəfər ölüb”, - deyə məlumatda bildirilir.
FHN-in xilasediciləri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan 5 nəfərin meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.*
R.Babayev