Bu gün axşam saatlarında Şəmkir rayonunda iki “Jiquli”nin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb. Bu barədə yerli KİV-lər xəbər verir.
“Bakı-Qazax avtomobil yolunun Şəmkir rayonunun Düyərli kəndi ərazisindən keçən hissəsində “Jiquli” markalı iki avtomobilin toqquşması nəticəsində 10 nəfər xəsarət alıb”, - deyə məlumatda bildirilir.
Yaralılar Şəmkir və Tovuz rayon mərkəzi xəstəxanalarına yerləşdiriliblər.*
R.Babayev