Azərbaycan İngiltərənin "Arsenal" klubunun erməni futbolçusu Henrix Mxitaryanın təhlükəsizliyini təmin etməyə hazırdır. Bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova deyib.
“Əvvəlki illərdə ölkəmizdə keçirilmiş ilk Avropa Oyunları, Ümumdünya Şahmat Olimpiadası və digər mühüm yarışların hər birində olduğu kimi, bu dəfə də dövlətimiz iştirakçı ölkələrə təhlükəsizlik təminatı ilə bağlı məktub göndərib”, - deyə o, H.Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakına Azərbaycanın təhlükəsizlik təminatı vermədiyinə dair iddiaları şərh edərkən bildirib.
Mətbuat katibinin sözlərinə görə, bu ittihamlar heç bir reallığı əks etdirmir.
Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmada “Arsenal”ın rəqibi “Çelsi” olacaq.*
R.Babayev