İlkin məlumatlara görə, 2019-cu ilin I rübündə Azərbaycana pul köçürmələrinin həcmi $215 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-mart aylarında Azərbaycana pul köçürmələrinin həcmi $291,6 mln. təşkil edib. Beləliklə, 2019-cu ilin birinci rübündə onların həcmi 26,3% azalıb.
“Pul köçürmələri Azərbaycana valyuta daxilolmalarının vacib mənbələrindən biridir”, - AMB-dən qeyd ediblər.
2018-ci ildə Azərbaycana pul köçürmələrinin həcmi $1 mlrd. 80 mln. təşkil edib. **
A.Əzizov