2019-cu ilin I rübündə manat əsas tərəfdaş ölkələrin valyutalarına qarşı möhkəmlənib. Yalnız Rusiya rublu və İngiltərə funt sterlinqi istisna təşkil edir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yanvar-mart ayları üzrə Pul siyasəti icmalında deyilir.
AMB-nin məlumatına görə, birinci rübdə manat türk lirəsinə qarşı 5,1%, avroya nisbətən 1,9% möhkəmlənib.
Yanvar-mart aylarında manat funt sterlinqə qarşı 3,2%, rus rubluna nisbətən 6,9% ucuzlaşıb.
Eyni zamanda, birinci rübdə manatın ABŞ dollarına nisbətən məzənnəsi dəyişməyib. AMB-nin məlumatına görə, 2019-cu ilin yanvar-mart aylarında banklar tərəfindən dolların orta günlük alış məzənnəsi 1,6979 AZN/$1, satış məzənnəsi - 1,7023 AZN/$1 təşkil edib.
Xəbər verildiyi kimi, 2018-ci ildə manat əsas tərəfdaş ölkələrin bütün valyutalarına qarşı möhkəmlənib. **
A.Əzizov