2019-cu ilin aprel ayında Azərbaycanda inflyasiya mart ayında istehlak qiymətlərinin 0,6% artımına qarşı 0,4% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2019-cu ilin aprel ayında respublikada inflyasiya 0,4% təşkil edib. Bundan başqa, ərzaq mallarının qiyməti 0,8%, qeyri-ərzaq mallarının qiyməti 0,1%, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1% bahalaşıb”, - deyə məlumatda bildirilir.
Aprel ayının sonuna Azərbaycanda orta illik inflyasiya 2,4% (martın sonuna - 2,1%), o cümlədən ərzaq məhsulları üzrə orta illik inflyasiya 2%, qeyri-ərzaq malları üzrə 1,2%, xidmətlər üzrə 3,7% təşkil edib.
Azərbaycan hökuməti 2019-cu ildə orta illik inflyasiyanı 3,8% səviyyəsində proqnozlaşdırır.
2018-ci ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 2,3% təşkil edib.*
N.Abbasova