Bazar ertəsi Azərbaycan XİN başçısı Elmar Məmmədyarov Avropa İttifaqının (Aİ) “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrinin nazirlər görüşündə iştirak edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a diplomatik mənbə məlumat verib.
“Bu gün E.Məmmədyarov “Şərq Tərəfdaşlığı” üzv ölkələrinin başçılarının sammiti ərəfəsində keçiriləcək proqramın nazirlər görüşündə iştirak edəcək. Görüşdə nazirin məruzə ilə çıxışı gözlənilir”, - agentliyin həmsöhbəti bildirib.
Çərşənbə axşamı, mayın 14-də Brüsseldə “Şərq Tərəfdaşlığı” Proqramına üzv ölkələrinin dövlət başçılarının Sammiti keçiriləcək. Sammit proqramın 10 illiyinə həsr olunub. **
F.İsazadə