Ermənistan Azərbaycanla mehriban qonşuluq münasibətlərinin qurulması və beynəlxalq hüquq prinsiplərinə hörmət nümayişindən uzaqdır. Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva bəyan edib.
“Ermənistan onilliklər boyu davam edən təcavüz və işğal siyasətinin bitirilməsi, qonşularla (Azərbaycan və Türkiyə - İF) normal münasibətlərin qurulması niyyəti, beynəlxalq hüquq prinsiplərinə, ilk növbədə dövlətlərin beynəlxalq səviyyədə tanınmiş sərhədləri çərçivəsində ərazi bütövülüyünə hörmətin nümayişindən uzaqdır”, - L.Abdullayeva Ermənistan XİN başçısı Zöhrab Mnatsakanyanın bəyanatını şərh edərkən bidirib.
Azərbaycan XİN-in rəsmi nümayəndəsi qeyd edib ki, əgər Z.Mnatsakanyan “real olaraq demokratiya, rifah və xalqın təhükəsizliyi və regionda irəliləyişin olmasında maraqlıdırsa, o zaman Ermənistan silahlı qüvvələri dərhal Azərbaycan ərazilərindən çıxarılmalıdır, onlar məcburi köçkünlərin öz yurdlarına qayıtmasına əngəl törətməməlidir”.
“Yalnız bundan sonra ümumbəşəri dəyərlər, demokratiya və insan həyatına verilən əhəmiyyət barədə danışmaq mümkün olacaq”, - o qeyd edib.
L.Abdullayevanın sözlərinə görə, Z.Mnatsakanyanın bəyanatından aydın olur ki, Ermənistan XİN başçısının ünvanlı auditoriyası erməni ictimaiyyətidir.
“Xarici işlər naziri bəyanatında demokratrik tendensiyalar barədə müfəssəl söz açaraq, görünür Ermənistanın utanmaz və təcavüz siyasətini məhz “demokratiya” ilə pərdələmək istəyir. “Azərbaycan ərazilərini işğal edən, həmin ərazilərdə yerli azərbaycanlıların etnik təmizlənməsini həyata keçirən, beynəlxalq hüquq norma və prinsiplərini pozaraq BMT Nizamnamə və Helsinki Yekun Aktını qəbul etməyən Ermənistanın rəsmisi tərəfindən “demokratik sistem və qaydalara” dair fikirlər gülünc olduğu qədər, həm də saxtadır”, - L.Abdullayeva bildirib.
Z.Mnatsakanyan Ermənistanın tert.am portalına bəyan edib ki, “biz xalqın iradəsi və həlledici səsi barədə söz açarkən, istər Ermənistanda və ya Dağlıq Qarabağda olsun, söhbət çox sadə demokratik mexanizmlərdən gedir”. Bizdə hakimiyyəti seçən və ona mandat təqdim edən xalq var, bunun əsasında hökumət məsuliyyəti öz üzərinə götürərək bu prosesdə, xüsusilə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll prosesində iştirak edir”, - erməni nazir bildirib. **
F.İsazadə