Azərbaycan prezidentinin Hüquq-mühafizə orqanları və hərbi məsələlər üzrə köməkçisi – şöbə müdiri Fuad Ələsgərov “Şöhrət” ordeni ilə təltif edilib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İlham Əliyev müvafiq sərəncamı bu gün imzalayıb.
“Fuad Ələsgərov Azərbaycan Respublikasında dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edilib”, - deyə sərəncamın mətnində qeyd olunur.*
R.Babayev