UEFA Avropa Liqasının final oyunu ərəfəsində İngiltərənin “Arsenal” və “Çelsi” klublarının rəsmiləri, eləcə də UEFA nümayəndələri Bakıya işgüzar səfərə gəlib. Bu barədə AFFA-ın məlumatında deyilir.
“Mayın 15-nə qədər davam edəcək səfər proqramına əsasən, 20 nəfərə yaxın klub nümayəndəsi Bakı Olimpiya Stadionunda təhlükəsizlik, azarkeş zonasında hazırlıq prosesi, komandaların qalacağı otellər ilə yerində tanış olacaq”, - deyə məlumatda bildirilir.*
R.Babayev