Azərbaycan Sakit okean Alyansının (Pacific Alliance) müşahidəçisi statusunu alıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Bu qərar mayın 10-da Meksikanın Mexiko şəhərində keçirilən Nazirlər Şurasının növbəti görüşündə qəbul edilib. Azərbaycan alyansın 57 müşahidəçi ölkəsi oldu”, - XİN-dən qeyd ediblər.
Nazirlikdən vurğulanıb ki, Bakı xarici siyasətində Latın Amerikası ölkələri ilə münasibətlərə xüsusi önəm verir və bununla əlaqədar qeyd olunan regionda mövcud təşkilatlar və iqtisadi birliklərlə fəal əməkdaşlıq həyata keçirir.
Sakit okean Alyansı dörd Latın Amerikası ölkəsi - Meksika, Kolumbiya, Peru və Çilinin təsis etdiyi iqtisadi blokdur. **
F.İsazadə