Mayın 16-dan etibarən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakıdan Həştərxana birbaşa aviareysin həyata keçirilməsinə başlayacaq. Bu barədə RF Həştərxan vilayətinin hökumətinin saytı məlumat verir.
“Mayın 16-dan həftədə iki dəfə Həştərxandan Bakıya təyyarələr uçuşlar həyata keçiriəcək. 100 nəfərlik “Embrayer-100”təyyarəsi təqribən 1 saata sərnişinləri Azərbaycanın paytaxtına çatdıracaq. Daşıyıcı AZAL şirkətidir”, - məlumatda deyilir.
Bir tərəfə biletin qiyməti 2,5-6 min rus rublu (cari məzənnə ilə 65-156 manat) təşkil edir.
“Ötən ilin dekabr ayında Həştərxan vilayətinin rəhbəri Sergey Morozov və Azərbaycan prezidenti İlham Əliyev Həştərxanın nümayəndə heyətinin Bakıya səfəri zamanı aviareysin açılmasına dair razılığıa gəliblər”, - hökumət portalı məlumat verir. Qeyd olunur ki, mayın 16-da Azərbaycan Prezidenti Administrasiyasının nümayəndələri ilk reys ilə Həştərxana səfər edəcəklər. Onlar Həştərxan aeroportunda aviareysin açılış mərasimində iştirak edəcəklər.
O cümlədən, mayın 20-dək Həştərxanda Heydər Əliyev Fondunun təsis olunmasının 15 illiyinə həsr olunan bayram tədbrləri planlaşdırılır. Fondun “dəstəyi ilə regionda bir neçə sosial, mədəniyyət və işgüzar obyektin açılışı olub və bərpa edilib”. **
R.Babayev