Səhiyyə Nazirliyi Qəbələ şəhər Mərkəzi Rayon Xəstəxanasının tikintisinin davam etdirilməsinə 18,2 mln. manatdan artıq vəsait yönəldəcək.
www.tender.gov.az saytında dərc olunan materiallara əsasən, nazilrik bu işlərin həyata keçirilməsinə dair “Fərid-İnşaat” şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin dəyəri 18 mln. 220,461 min manatdır.
Nazirliyin qiymətləndirmələrinə görə, Qəbələ şəhər Mərkəzi Rayon Xəstəxanasının tikintisinin II mərhələsi 2020-ci ilin sonunadək başa çatacaq. **
R.Babayev