Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini tapmaması bölgənin tam potensialının açılmasına ciddi əngəldir. Bunu xarici İşlər naziri Elmar Məmmədyarov bəyan edib.
“Bir sıra regional perspektivlər, o cümlədən bağlılıq, ticarət layihələri və bəzi digər təşəbbüslər həll olunmamış münaqişələrin girovu olaraq qalmaqdadır. Ermənistan tərəfindən davam etdirilən Azərbaycan ərazilərinin işğalı bütün bölgəmizin daha yüksək əməkdaşlıq səviyyəsinə keçməsinə maneələr törədir. Biz bölgənin tam potensialını açdırmalıyıq”, - E.Məmmədyarov Brüsseldə Aİ-nin “Şərq Tərəfdaşlığı” proqramının 10 illiyinə həsr olunan xarici İşlər nazirlərinin görüşündə çıxışında bildirib.
E.Məmmədyarovun çıxışının mətnini Azərbaycan XİN-in mətbuat xidməti yayıb. **
R.Babayev