Azərbaycan Aİ ilə viza rejiminin sadələşdirilməsi saziş yerinə yetirilməsinə sadiqdir. Bunu xarici İşlər naziri Elmar Məmmədyarov deyib.
“Azərbaycan tərəfi bu sənədlərin tam həcmdə və səmərəli şəkildə yerinə yetirilməsinə sadiqdir. Readmissiya və Viza rejiminin sadələşdirilməsi haqqında sazişlərin uğurlu yerinə yetirilməsi yaxın gələcəkdə viza liberallaşdırılmasının perspektivlərini aça bilər”, - E.Məmmədyarov Brüsseldə Aİ-nin “Şərq Tərəfdaşlığı” Proqramının xarici İşlər nazirlərinin görüşündə çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, hərəkətlilik (mobillik) və insanlararası təmasların təşviqi Aİ-Azərbaycan əməkdaşlığında çox mühüm istiqamətlərdən biridir.
“Hərəkətlilik sahəsində tərəfdaşlıq, habelə Readmissiya və Viza rejiminin sadələşdirilməsi sazişləri bu istiqamət üzrə irəliləyişə müstəsna töhfə verib”, - o vurğulayıb. **
F.İsazadə