Azərbaycan prezidenti İlham Əliyev mayın 13-də Belçika Krallığına işgüzar səfərə gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Səfər zamanı İ.Əliyev Belçikalıların kralı Əlahəzrət Filip ilə görüşüb. Tərəflər Görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, regiondakı vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri müzakirə ediblər”, - məlumatda deyilir.
İ.Əliyev Belçikalıların kralı Əlahəzrət Filipə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal olunduğunu, münaqişənin həllinin yalnız BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında və ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün olduğunu diqqətə çatdırdı.
Söhbət zamanı ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələlərinə toxunuldu, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin uğurla inkişaf etdiyi qeyd olundu və İ.Əliyevin Belçikaya səfərinin ikitərəfli münasibətlərin genişləndirilməsinə töhfə verəcəyi bildirildi.
Belçikaya səfər çərçivəsində İ.Əliyev çərşənbə axşamı “Şərq Tərəfdaşlığı” Proqramının sammitindən iştirak edəcək. **
N.Abbasova