Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində “Təhlükəli Tullantılar” MMC "CASPIAN-STR" MMC-ni təhlükəli tullantıların idarə olunması üzrə operator qismində cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
““CASPIAN-STR” MMC 2 il müddətinə Təhlükəli Tullantıların İdarə Olunması üzrə Milli Mərkəzdə təhlükəli tullantıların idarə olunması üzrə operator qismində cəlb olunub. Şirkət “Təhlükəli Tullantılar” MMC-nin keçirdiyi müvafiq tenderin qalibi olub. 13 may 2019-cu il tarixində tərəflər arasında müqavilə imzalanıb”, - deyə məlumatda bildirilir.
Müqavilənin dəyəri 1 mln. 777 min 997,3 manatdır.*
B.Rüstəmbəyov