Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) Çinə ixrac missiyası təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
“13 Azərbaycan şirkətinin daxil olduğu ixrac missiyası Şanxaya təşkil olunub. Bu şirkətlər qida, şərab və digər spirtli içkilərin istehsalı sahəsində fəaliyyət göstərir”, - deyə məlumatda bildirilir.
Mayın 18-də başa çatacaq missiya çərçivəsində Çinin Yivu və Şanxay şəhərlərində Azərbaycan sahibkarları və Çin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Azərbaycan məhsullarının Çin bazarına ixracının genişləndirilməsinə dair müzakirələr aparılacaq.
Bu, cari ildə Çinə təşkil olunan ikinci ixrac missiyasıdır.*
B.Rüstəmbəyov