Mayın 17-də “MET-AK” şirkəti Bakı Fond Birjasında 3 mln. manat məbləğində faizli, təmin olunmamış, sənədsiz, adlı istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirəcək.
“İstiqrazlar standart bazar seqmentində listinqə daxil edilib”, - BFB-dən qeyd ediblər.
Emissiya hər qiymətli kağız üçün nominal dəyəri 1 min manat olan 3 min ədəd istiqraza bölünüb. İstiqrazlar üzrə tədavül müddəti 365 gün, faiz dərəcəsi illik 10% təşkil edir. stiqrazlar üzrə faiz ödənişləri hər ay həyata keçiriləcək.
"Unicapital İŞ" ASC anderrayter qismində çıxış edəcək”, - birjadan bildiriblər.
“METAK” MMC 1997-ci ildə yaradılıb. 2016-cı ildə şirkət Balaxanı Sənaye Parkının və Neftçala Sənaye Məhəlləsinin rezidenti olub.**
Ə.Məmmədov