"Unibank" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı iyulun 4-də keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
“Yığıncağın vaxtı 28 iyun tarixindən 4 iyul tarixinə keçirilib”, - deyə məlumatda bildirilir.
Yığıncaqda səhmdarlar bankın 2018-ci il üzrə maliyyə hesabatını təsdiq edəcəklər.
"Unibank" ASC 2002-ci ilin oktyabr ayında yaradılıb və Azərbaycanın aparıcı banklarının onluğuna daxildir. Bankın səhmdarları Avropa Yenidənqurma və İnkişaf Bankı (44,4748%), Eldar Qəribov (41,9091%), fiziki (6,0157%) və hüquqi şəxslərdir (7,6004%). “Unibank”ın nizamnamə kapitalı 125 mln. 686 min 355,68 manat təşkil edir və hər birinin nominal dəyəri 2,72 manat olan 46 mln. 208,219 min ədəd səhmdən ibarətdir.*
Ə.Məmmədov