2019-cu ilin yanvar-aprel ayları ərzində“Gəncə Avtomobil Zavodu” İB-də 478 texnika istehsal olunub. Bu barədə zavoddan məlumat verilir.
“Cari ilin yanvar-aprel aylarında zavodda 478 texnika istehsal olunub. Bunlardan 466-i müxtəlif model traktorlar, 1 MAZ markalı qoşqulu avtomobil, bir ədəd KAMAZ markalı avtomobil, 2 MAZ markalı avtobus, 5 özüboşaldan traktor qoşqusu yığılib”, - məlumatda deyilir.
2019-cı ilin aprel ayının 30-na qədər “Gəncə Avtomobil Zavodu”nda ümumilikdə 8 modeldə, müxtəlif modifikasiyalarda 2,864 min ədəd MAZ avtomobilləri istehsal edilərək təyinatı üzrə təhvil verilib. Bu avtomobillərin yığımının 30-40 % -ni yerli istehsal təşkil edir.
Aprelin 30-na olan məlumata görə, zavodda 330 MAZ qoşqusu və 3202 asma avadanlıq, 208 ədəd KAMAZ markalı yük avtomobili və 411 URAL avtomobili istehsal edilib.
“Bu günədək “Gəncə Avtomobil Zavodu”nda həmçinin 10,549 min ədəd və 143 xüsusi təyinatlı traktor yığılıb. Bu texnikalardan 9825 ədədi dövlət sifarişi əsasında "Aqrolizinq" ASC-nə, daha 724 -ü fermerlərə və iş adamlarına satılıb”, - məlumatda vurğulanır.
Gəncə avtomobil zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını həyata keçirir. ** N.Abbasova