Azərbaycanda həyata keçirilən islahatlar nəticəsində 250 minə yaxın iş yeri leqallaşdırılıb. Bunu baş nazirin müavini Əli Əhmədov deyib.
"Son iki ildəAzərbaycanda özəl sektorun inkişafı istiqamətində böyük işlər görülüb. Həyata keçirilən islahatlar nəticəsində 250 minə yaxın iş yeri leqallaşdırılıb. Bununla da Dövlət Sosial Müdafiə Fonduna ödənilən vəsait 200 mln. manata qədər artıb", – deyə o, bu gün "Dayanıqlı İnkişaf Məqsədləri mövzusunda dövlət-özəl sektor dialoqu"nda bildirib.
Baş nazirin müavini əlavə edib ki, bu, Azərbaycanda özəl sektorun inkişafına səbəb olacaq.*
Ə.Məmmədov