Azərbaycanın energetika naziri Pərviz Şahbazov mayın 19-da Ciddə şəhərində (Səudiyyə Ərəbistanı) OPEC+ ölkələri Nazirlərinin Birgə Monitorinq Komitəsinin iclasında iştirak etməyi planlaşdırır. Bu barədə “İnterfaks-Azərbaycan”a Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri, nazirin müşaviri Zəminə Əliyeva məlumat verib.
“Mayın 19-da Ciddədə JMMC-nin iclasında P.Şahbazovun iştirakı planlaşdırılır”, - Z.Əliyeva bildirib.
Xəbər verildiyi kimi, OPEC Katibliyi OPEC+ sazişinin hər bir üzv ölkəsinin nazirlərini öhdəliklərin icrasına dair nazirlər komitəsinin may ayında keçiriləcək iclasında iştiraka dəvət edib.
Altı ölkənin - Rusiya, Səudiyyə Ərəbistanı, Əlcəzair, Venesuela, Küveyt və Omanın energetika nazirləri Komitəyə daxildirlər.
Martın 18-də Bakıda keçirilən iclas zamanı nazirlər bazarda qeyri-müəyyənılik səbəbindən üzv ölkələrin nazirlərinə heç bir tövsiyyələr verməyiblər. Xüsusilə, ABŞ-ın İran neftinin idxalı üzrə sanksiyaları aradan götürülməsini uzadıb və ya uzatmayacağına dair anlayış yoxdur.
Aprelin sonunda ABŞ bəyan edib ki, mayın 2-də azad olunmanı uzatmayacaq və bildirib ki, Səudiyyə Ərəbistanı və OPEC-ə üzv digər ölkələr bazarda İran neftinin itkisini ödəyə biləcəklər.
İclası Bakıda keçirilən Komitə həmçinin İraq, Qazaxıstan və Nigeriyanın nazirərini OPEC+ ölkələri Nazirlərinin birgə Monitorinq Komitəsinə daxil etməyi tövsiyyə edib. Onlar Komitənin tərkibində Oman, Əlcəzair və Venesuelanın nazirlərini əvəz edə bilərlər.
Dekabrın 7-də qəbul olunan OPEC+ üzrə yeni sazişə əsasən, OPEC üzvləri neft hasilatını sutkada 800 min barrel, kartelə daxil olmayan ölkələr isə 400 min barrel azaldacaqlar.
Azərbaycan OPEC+ ilə razılıq çərçivəsində gündəlik neft hasilatını 2018-ci ilin sentyabr ayının göstəricisi ilə müqayisədə 2,5 % və ya 20 min barrel - 776 min barrelədək azaltmaq öhdəliyi götürüb.
OPEC vəı OPEC və qeyri OPEC ölkələrinin nazirlərinin növbəıti görüşü müvafiq olaraq 25 və 26 iyun tarixlərinə təyin olunub. **
N.Abbasova