2018-ci ilin yekunları üzrə Azərbaycan Global Muslim Travel Index (GMTI) reytinqində 25-ci yerdə qərarlaşıb. Reytinqdə müsəlman turistlər arasında ən populyar ölkələr qeyd edilib.
Ekspertlər rahatlılıq, ətraf mühit, xidmətlərin keyfiyyəti və kommunikasiyalar kimi meyarları təhlil edərək Azərbaycana 53 reytinq xalı veriblər.
Azərbaycan 25-ci yeri Böyük Britaniya, Tayvan və Yaponiya ilə bölüşüb.
Global Muslim Travel Index – Sinqapurun “CrescentRating” şirkəti və “Mastercard”ın birgə tərtib etdiyi turizm sahəsində illik indeksdir.
Azərbaycan aşağıdakı bəndlərdə yüksək göstəricilərə malikdir: kommunikasiyaların rahatlığı (21), rəqəmsal iştirak (33) və unikal turist təcrübəsi (16), təbliğat (25), otellərin sayı (36), lakin restoranlarda xidmətin keyfiyyətində çatlışmazlıqlar var (70), viza trejimi (63), təhlükəsizlik üzrə (91), ibadət yerləri (90) və nəqliyyat infrastrukturu (80).
Reytinqdə ilk iki yeri 78 xalla İndoneziya və Malayziya tutub. Üçüncü yerdə 75 xal ilə Türkiyə qərarlaşıb. **
R.Babayev