Azərbaycanda nizamnamə kapitalı 300 min manatdan çox olan BOKT qeydiyyata alınıb
Vergilər Nazirliyi “MJ Financial Services Bank Olmayan Kredit Təşkilatı” MMC-ni qeydiyyata alıb. Bu barədə nazirliyin saytında məlumat verilir.
Nizamnamə kapitalı 300,01 min manat olan cəmiyyət aprelin 15-də qeydiyyata alınıb.
BOKT-un qanuni təmsilçisi Mədət Rüstəmovdur.
Bundan başqa, nizamnamə kapitalı 300 min manat olan “Uğur BOKT” MMC aprelin 1-də Vergilər Nazirliyində qeydiyyata alınıb.
BOKT-un qanuni təmsilçisi Sani Qurbanovdur. Cəmiyyətin Müşahidə Şurası 3 nəfərdən - Əhməd Hacıyev, Fərid Nağıyev və Ramin Hacıyevdən ibarətdir.*
A.Əzizov