2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan iqtisadiyyatına kapital qoyuluşları 3 mlrd. 916 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 5,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-aprel aylarında sərmayə qoyuluşlarının ümumi həcmindən 2 mlrd. 737,3 mln. manat (bütün sərmayələrin 69,9%-i) tikinti-quraşdırma işlərinə yönəldilib.
Hesabat dövründə kapital qoyuluşlarının ümumi həcmindən 2 mlrd. 525,8 mln. manat (bütün sərmayələrin 64,5%-i) məhsul istehsalı obyektlərinin, 1 mlrd. 37,7 mln. manat (26,5%) xidmət sahələri üzrə obyektlərin, 352,5 mln. manat (9%) yaşayış evlərinin tikintisinə sərf olunub.
Cari ilin yanvar-aprel aylarında 1 mlrd. 198,3 mln. manat (bütün sərmayələrin 30,6%-i) əsas kapitala yönəldilmiş sərmayənin, 2 mlrd. 717,7 mln. manat (69,4%) daxili sərmayələrin payına düşüb.
2018-ci ildə Azərbaycanda əsas kapitala vəsait qoyuluşları 4,4% azalıb.*
N.Abbasova