Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefon söhbəti zamanı hərtərəfli əməkdaşlığın gələcəkdə möhkəmlənəcəyinə əminlik ifadə ediblər. Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat verir.
“Çərşənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib. R.T.Ərdoğan İ.Əliyevi və Azərbaycan xalqını Ramazan ayı münasibətilə təbrik edib, dövlətimizin başçısına və xalqımıza firavanlıq arzularını çatdırıb”, - məlumatda deyilir.
Söhbət zamanı dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
“Telefon söhbət Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub”, - Azərbaycan prezidentinin mətbuat xidməti vurğulayıb. **
R.Babayev