Azərbaycanın gömrük orqanlarının əməkdaşları aksiz markası olmayan 74 min ədədə yaxın müxtəlif markalı siqaret müsadirə ediblər. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında məlumat verilir.
“DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən aksiz markası olmayan 73,8 min ədədmüxtəlif markalı siqaret vəhər biri 1 litrhəcmində cəmi30ədədmüxtəlif adda spirtli içkilər aşkar olunub”, - deyə məlumatda bildirilir.
DGK Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Hüquqpozmalarla mübarizə şöbəsinə Qazax-Bakı istiqamətində hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu iləüzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatı və spirtli içkilərin Bakı Beynəlxalq Avtovağzalı istiqamətində daşınması və naməlum şəxsə satılacağı barədə məlumat daxil olub. Əməliyyat qrupunun üzvləri avtobusun salon və baqajına ilkin baxış keçirərkən, avtobusda 3 ədəd karton qutuda və 23 ədəd sellofan torbada üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan tütün məmulatı və spirtli içkilərin olduğu müəyyən edilib.
“Sorğu-sual zamanı avtobusun sürücüsü tütün məmulatı və spirtli içkilərin Qazax şəhərində tanımadığı şəxs tərəfindən ona verildiyini və Xırdalan şəhərindəki Bakı Mühəndislik Universiteti yaxınlığında Qərib adlı şəxsə təhvil verilməli olduğunu bildirib”, - deyə məlumatda bildirilir.
Beləliklə, əməliyyat tədbiri sonra sözügedən ünvanda davam etdirilib. Avtobus həmin ərazidə dayandıqdan bir neçə dəqiqə sonra ora "Lada" markalı minik avtomobili yaxınlaşıb. Həmin avtomobili idarə edən şəxs avtobusun salon və baqajında olan tütün məmulatı və spirtli içkiləri götürərkən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.*
R.Babayev