Azərbaycan 2019-cu ilin yanvar-aprel aylarında 1 mlrd. 48 mln. 890,47 min kVt/saat elektrik enerjisi ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Yanvar-aprel aylarında Azərbaycandan $45 mln. 97,69 min dəyərində 1 mlrd. 48 mln. 890,47 min kVt/saat elektrik enerjisi ixrac olunub”, - Komitədən bildirilir.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycan $47 mln. 303,79 min dəyərində 987 mln. 949,77 min kVt/saat elektrik enerjisi ixrac edib. Beləliklə, 2019-cu ilin yanvar-aprel aylarında respublikadan elektrik enerjisinin ixrac həcmi miqdar ifadəsində 6,2% artıb, dəyər ifadəsində 4,7% azalıb.
2018-ci ildə Azərbaycandan $65 mln. 627,72 min dəyərində 1 mlrd. 397 mln. 323,76 min kVt/saat elektrik enerjisi ixrac olunub.
Azərbaycan Gürcüstan, Türkiyə, Rusiya və İrana elektrik enerjisi ixrac edir.**
N.Abbasova