2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $893 mln. 83,67 min təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 22,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,21%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Yanvar-aprel aylarında Azərbaycan Rusiyaya $178 mln. 446,53 min dəyərində (artım 13%) məhsul ixrac edib. Bütövlükdə, cari ilin yanvar-aprel aylarında Azərbaycandan ixracın 2,52%-i Rusiyanın payına düşüb.
Bu dövrdə Rusiyadan Azərbaycana idxalın həcmi $660 mln. 637,04 min (artım 25,4%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 14,52% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, bu dövrdə RF ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu $482 mln. 190,51 min təşkil edib.
2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 550 mln. 906,07 min təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Ötən il Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.**
B.Rüstəmbəyov