Azərbacan prezidenti İlham Əliyev Stevo Pendarovskini Şimali Makedoniyanın prezidenti vəzifəsinə seçilməyi münasibətilə təbrik edib.
“Şimali Makedoniya Respublikasının prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Şimali Makedoniya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik”, - dövlət başçısının saytında dərc olunan təbrik məktubunda deyilir.
Azərbacan prezidenti Pendarovskiyə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı fəaliyyətində uğurlar diləyib. **
B.Rüstəmbəyov