Azərbaycanda bank sektorunun rəqəmsallaşma səviyyəsi tədricən artır. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov belə hesab edir.
“Bugünədək Azərbaycanda bankların 30-dan 27-də internet-bankinq, 25-də - mobil bankinq mövcuddur. Qeyd etmək lazımdır ki, 2019-cu ilin birinci rübündə ümumi portfeldə elektron əməliyyatların payı 31% təşkil edib, baxmayaraq ki, ötən ilin analoji dövrü ərzində bu göstərici 22% olub”, - İ.Alışov cümə axşamı Bakıda Maliyyə və Texnologiyalar Sammitində çıxışında bildirib.
O vurğulayıb ki, paralel olaraq kart sisteminin təkmilləşdirilməsi və elektron ticarətin artımı prosesləri davam edir.
“Bugünədək Azərbaycanda 6,8 mln. kart dövriyyədədir. Bundan əlavə, qeyd etmək istərdim ki, cari ilin birinci rübündə 772 min kontaktsız kart buraxılıb, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisindən 2,1 dəfə çoxdur”, - İ.Alışov vurğulayıb.
O əlavə edib ki, 2019-cu ilin birinci rübündə elekton ticarət həcmi ötən ilin analoji dövrü ərzində 266 mln. manata qarşı 573 mln. manat təşkil edib.
Öncə “Moody`s” Beynəlxalq reytinq agentliyi bəyan edib ki, Azərbaycanda banklar rəqəmsallaşma prosesində MDB-nin digər ölkələrindən geri qalır. “Azərbaycanda plastik kartlar üzrə dövriyyə əhalinin gəlirlərinin təxminən 6%-ni təşkil edir və bu göstərici üzrə ölkə MDB-də yalnız Tacikistanı qabaqlayır. Onlayn bank hesablarının sayı isə ümumi hesabların sayının cəmi 7%-ni təşkil edir, bu da MDB ölkələri arasında ən pis göstəricidir”, - agentliyin MDB ölklərinin bank sektorlarının rəqəmsallaşmasına dair hesabatda deyilir.
Agentliyin məlumatına əsasən, həmçinin Azərbaycan mobil rabitənin yayılması üzrə regionun digər ölkələrindən bir qədər geridə qalır. “Əgər MDB ölkələri arasında hər 100 nəfərə orta göstərici 136 SIM-kart təşkil edirsə, Azərbaycanda bu göstərici hər 100 nəfərə 103 nömrə təşkil edir. MDB ölkləri arasında Azərbaycan bu göstərici üzrə Moldova, Tacikistan və Özbəkistanı geridə qoyur”, - hesabatda vurğulanır.
Eyni zamanda, “Moody`s”in məlumatına görə, İnternetin yayılması üzrə Azərbaycan MDB ölkələrini mühüm dərəcədə geridə qoyur - əhalinin 79%-i İnternet şəbəkəsi istifadəçisidir, baxmayaraq ki, MDB üzrə orta göstərici 68% təşkil edir. Bu göstərici üzrə Azərbaycan MDB ölkələri arasında birinci yerdədir. **
Ə.Məmmədov