İyunun 15-nə “Expressbank”ın səhmdarlarının yığıncağı çağırılıb. Bu barədə bankın elanında qeyd edilir.
“Yığıncaq çərçivəsində səhmdarlar xarici auditin yekunlarına dair rəyi təsdiq etməlidirlər”, - elanda deyilir.
Bundan başqa, səhmdarlar bankın fəaliyyəti ilə əlaqədar digər məsələləri də müzakirə edəcəklər.
“Expressbank” 1989-cu ildə yaradılıb və Azərbaycanın 20 aparıcı bankından biridir. Bankın səhmdarları fərdi şəxslərdir.**
B.Rüstəmbəyov