2019-cu ilin yanvar-aprel aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən 359,965 min ton neft məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Bu ilin yanvar-aprel aylarında Azərbaycandan $178,474 mln. dəyərində 359,965 min ton neft məhsulları ixrac olunub”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-aprel aylarında $181,785 mln. dəyərində 368,926 min ton neft məhsulları ixrac edilib. Beləliklə, cari ilin yanvar-aprel aylarında ixracın həcmi miqdar ifadəsində 2,4%, dəyər ifadəsində 1,8% azalıb.
Ötən il Azərbaycandan $520,6 mln. dəyərində 1 mln. 15,118 min ton neft məhsulları ixrac olunub.*
N.Abbasova