Başqırdıstan Azərbaycana bal və digər kənd təsərrüfatı məhsullarının tədarükündə maraqlıdır. Bu barədə Başqırdıstan hökumətinin rəsmi saytı məlumat verir.
Başqırd sahibkarları Bakıda keçirilən 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisində kollektiv stend ilə öz məhsullarını təqdim ediblər.
Qeyd olunur ki, Azərbaycanın kənd təsərraftı nazii İnam Kərimov və biznes dairələrinin nümayəndələri stend ilə tanış olublar, bal kremi və çiçək balının nümunələrindən götürüblər. “Gələcəkdə Azərbaycan supermarketlərinin piştaxtalarının bu və Başqırdıstanın digər ərzaq malları ilə dolacaq”, - məlumatda deyilir. **
F.İsazadə