2019-cu ilin yanvar-aprel aylarında Azərbaycanda ÜDM 2,1% (2018-ci ilin yanvar-mart aylarında artım 1,2%) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Komitəsindən məlumat verilib.
Cari ilin yanvar-aprel ayları ərzində ÜDM-nin nominal həcmi 23 mlrd. 813,4 mln. manat təşkil edib.
Bu dövrdə ÜDM-nin əhalinin hər nəfərinə düşən həcmi 2411,8 manat təşkil edib.
DSK-nın məlumatına görə, 2019-cu ilin yanvar-aprel aylarında ÜDM-in 46,5%-i sənayenin payına düşüb. ÜDM-də vergilərin payı 9% təşkil edib.
Azərbaycan hökuməti 2019-cu ildə ÜDM-nin 3,6% artacağını proqnozlaşdırır.
2018-ci ildə Azərbaycanda ÜDM 1,4% artıb.**
N.Abbasova